Bakı. Trend:
Esseks qraflığının Eppinq şəhərində yerləşən “The Bell”hotelində sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı davamedən etirazlar zamanı gərginlik yenidən artıb.
Trend “SkyNews”a istinadən xəbər verir ki, cümə gecəsi hotel qarşısına fişəngatılması ilə bağlı bir nəfər hücumda şübhəli bilinərək polistərəfindən saxlanılıb.
Polisin yaydığı videoda üzünü örtmüş bir şəxsin hotel qarşısındadəmir baryerlərin üzərindən bir neçə fişəng atdığı əks olunub.
Esseks polisi həmin gecə saat 06:00-dək qüvvədə qalmaqla şəhərinbütün ərazisini əhatə edən dispersiya əmri tətbiq edib. Bu qərarpolislərə ictimai asayişi pozan və ya pozmağa hazırlaşan şəxsləriərazidən uzaqlaşdırmaq və əmrlərə tabe olmayanları həbs etməksəlahiyyəti verir.
Son aylarda hoteldə yerləşdirilən sığınacaq axtaranlarla bağlıetirazlar və iğtişaşlar davam edir. Hadisələrdən biri zamanıhotelin bir sakini 14 yaşlı qıza seksual hücum etmişdi ki, bu danarazılıqları daha da artırıb.
İndiyədək hotel yaxınlığında 30-dan çox şəxs saxlanılıb,onlardan 21-i polis əməkdaşına hücum və zorakı iğtişaş da daxilolmaqla müxtəlif ittihamlarla məhkəməyə verilib. Son saxlanılma isəbu həftənin əvvəlində etirazçılar üçün müəyyən edilmiş qaydalaraəməl etməyən iki nəfərin məhkəməyə verilməsindən sonra qeydəalınıb.