Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib. S.Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.
Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.
Fotoda: Mustafa Qasımov
10Mənbələr
-
news24.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu ( 21075106)
-
milli.azANAMA-nın bölmə rəisinə hökm oxundu ( 21078019)
-
hit.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu ( 21076852)
-
bizim.mediaANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı HÖKM OXUNDU ( 21075898)
-
news365.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu ( 21075763)
-
nocomment.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı – Hökm oxundu ( 21075289)
-
cebheinfo.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu ( 21074956)
-
demokrat.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu ( 21074770)
-
redaktor.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu ( 21074401)
-
demokrat.azANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu ( 21074305)