Bakı. Trend:
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadəkfutbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “SloveniaNations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Trend xəbərverir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarətkomandası ilə qarşılaşıb.
“Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevinyetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızınheyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədəEltun Babazadə (penalti) vurublar.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib:
22. Ayxan Abbaszadə, 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov (21.Ömər Həsənli, 63), 6. Ramin Avazov (7. Ziya Şəkərxanov, 46), 8.Əliəkbər Rzazadə, 9. Nihad Orucəli, 10. Şahin İbrahimov (14. ƏhmədVəliyev, 67 / 15. Röyal Fərzullazadə, 90), 11. Mehdi Mütəllimli(20. Arzu Mədətov, 63), 17. Rauf Qafarov, 18. Həzrət Səmədov (3.Vüsal Paşayev, 46), 19. Eltun Babazadə.
Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyunundaİslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçınısentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.