AZ

U-19 millimiz Sloveniyada ardıcıl ikinci qələbəsini qazandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan U-19 millimiz bu dəfə Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Çatej” stadionunda keçirilmiş görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə penaltidən dəqiq yararlanmış Eltun Babazadə vurublar.

Millimiz oyunu aşağıdakı heyətlə keçirib: 22. Ayxan Abbaszadə, 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov (21. Ömər Həsənli, 63), 6. Ramin Avazov (7. Ziya Şəkərxanov, 46), 8. Əliəkbər Rzazadə, 9. Nihad Orucəli, 10. Şahin İbrahimov (14. Əhməd Vəliyev, 67 / 15. Röyal Fərzullazadə, 90), 11. Mehdi Mütəllimli (20. Arzu Mədətov, 63), 17. Rauf Qafarov, 18. Həzrət Səmədov (3. Vüsal Paşayev, 46), 19. Eltun Babazadə.

Xatırladaq ki, komandamız beynəlxalq turnir çərçivəsində keçirdiyi ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub etmişdi. U-19 millimiz növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.

Seçilən
0
7
arena.az

10Mənbələr