AZ

Mançester Siti ulduzunu satmağa qərar verdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Niko Orayli qışda komandasını dəyişəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Premyer Liqa, Bundesliqa və Fransa Liqa 1 komandalarının maraq dairəsində olan 20 yaşlı futbolçuya "Nottingem Forest", "Brayton" və "Lids", eləcə də "Bayer Leverkuzen" və "Olimpik Lion" elçi düşüb. 

Orayli ilə 2028-ci ilin iyun ayına qədər müddətə müqaviləsi qüvvədə olan "şəhərlilər" transfer dəyəri 18 milyon avro qiymətləndirilən futbolçunu qışda satmağın əleyhinə deyil. 

Xatırladaq ki, ötən mövsüm Niko Orayli "Mançester Siti"nin heyətində İngiltərə çempionatında 9 oyun keçirib və iki qol vurub.

 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
1
fanat.az

2Mənbələr