ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Mask Trampla məşğul olduğu üçün şirkət səhmlərinin qiymətini qoruyub saxlaya bilmir və ona alternativ axtarılır..."
ABŞ-ın "Tesla" avtomobil istehsalçısı Direktorlar Şurasının rəhbəri İlon Maskaya 1 trilyon dollar mükafat ödəməyi planlaşdırır. Amma bu məbləği alması üçün Maskın növbəti 10 il ərzində bir sıra iqtisadi göstəriciləri təmin etməsi vacibdir.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Ekspertlər bu hədəfləri "son dərəcə ambisiyalı və çətin əldə olunan" adlandırır. Direktorlar Şurasının planına görə, Maska adi maaş və bonus ödənilməyəcək. Onun əvəzinə şirkətin səhm paketindən pay veriləcək və bu pay hədəflər yerinə yetirildikcə tədricən artacaq. Şura investorlardan planı təsdiqləməyi xahiş edib, yalnız onların səsi ilə plan həyata keçə bilər.
"Tesla"-nın Direktorlar Şurasının sədri Robin Denholm bildirib: "Bu gün qeyri-real görünən böyümə yeni ideyalar, qabaqcıl texnologiyalar və innovasiyalar sayəsində mümkündür. Sadə dildə desək, Maskı qoruyub təşviq etmək həyati əhəmiyyət daşıyır ki, "Tesla" bu hədəflərə çatsın və tarixdə ən yüksək qiymətləndirilmiş şirkət olsun".
Mask 1 trilyon dollar alması üçün nə etməlidir?
Plan üzrə Maska şirkət səhmindən 12 pay veriləcək, hər biri "Tesla"-nın fəaliyyətində mühüm göstəriciyə bağlıdır. Birinci göstərici: Şirkətin bazar dəyərini 2 trilyon dollara çatdırmaq. Hazırda "Tesla" təxminən 1 trilyon dollara qiymətləndirilir. Son məqsəd "Tesla"-nın bazar dəyərini 8,5 trilyon dollara çatdırmaqdır. Bu, bu gün dünyanın ən bahalı şirkəti olan "Nvidia"-nın dəyərinin iki qatıdır.
Bundan əlavə, hər bazar göstəricisi ilə bağlı istehsal həcmi, robot texnologiyaları və gəlirin 24 dəfə artırılması kimi göstəricilər də yerinə yetirilməlidir. Hazırda bu hədəflər çox çətin görünür - "Tesla"-nın son maliyyə hesabatına görə, avtomobil satışları son 10 ilin ən sürətli templə azalır. Bəzi ekspertlər bunu Maskın qalmalları və siyasi fəaliyyəti ilə izah edir.
Ekspert rəyləri və investor narahatlığı
"AJ Bell şirkətinin investisiya analitiki Den Koatsvort qeyd edir ki, direktorlar tərəfindən təklif edilən məbləğ "ağla sığmır": "Bir insan belə bir məbləğ ala bilərmi?" - o, soruşur. Koatsvort əlavə edir ki, "Tesla"-nın nüfuzunu və mövqeyini qorumaq üçün Direktorlar Şurası yox, Mask mübarizə aparmalıdır".
Bir neçə ay öncə "Tesla"-nın Direktorlar Şurası Maskın istefaya göndərilməsi barədə xəbərləri rədd edib. Amma may ayında "The Wall Street Journal" nəşri yazıb ki, Mask Trampla məşğul olduğu üçün şirkət səhmlərinin qiymətini qoruyub saxlaya bilmir və ona alternativ axtarılır. "Tesla" bu xəbəri "tamamilə həqiqətə uyğun olmayan" adlandırıb, amma "The Wall Street Journal" məlumatın doğruluğuna inanır.
Koatsvort yekun olaraq bildirir: "Direktorlar əvvəlcə düşünürlər ki, Mask onlara problem yarada bilər, amma dərhal sonra ona deyirlər: "İstənilən rəqəmi de, yalnız onu saxlayaq", məqsəd isə onu mümkün qədər uzun müddət şirkətdə saxlamaqdır".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.