AZ

G20 sammiti görün harada keçiriləcək - Trampın ailə biznesi bundan nə qazanacaq?

ABŞ prezidenti Donald Tramp elan edib ki, gələn il G20 sammiti Floridadakı ailə biznesinə məxsus kurortda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"Doraldakı "Tramp Milli Parkı" iki günlük tədbir üçün ən yaxşı yerdir", - deyə prezident Oval Ofisdə jurnalistlərə bildirib.

O əlavə edib ki, ailə biznesi bundan heç bir gəlir əldə etməyəcək.

Mayami bələdiyyə başçısı Fransis Suarez isə Trampın açıqlamasından sonra bildirib ki, sözügedən sammit kiçik biznes sahiblərinə ciddi iqtisadi fayda verəcək.

Seçilən
2
publika.az

1Mənbələr