AZ

NTD iki basketbolçu ilə müqavilə müddətini uzadıb

NTD basketbolçular Murad Babayev və Oğuzxan Quliyevlə müqavilə müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Hər iki basketbolçu ilə daha bir mövsümlük anlaşma imzalanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 millisinin üzvü olan M.Babayev 2022-ci ildən NTD-nin formasını geyinir. U-18-in üzvü O.Quliyev isə bu ilin yanvarında komandaya dəvət olunub. 

"Cebheinfo.az" 

Seçilən
3
2
cebheinfo.az

5Mənbələr