AZ

Azərbaycan və Qətər arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi müzakirə edildi

BAKI, TurkicWorld

Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.

"Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik", - deyə M.Cabbarov bildirib.

Seçilən
19
12
turkic.world

10Mənbələr