AZ

Serbiyada etirazlar zamanı azı 14 polis yaralanıb

Şənbə gecəsi Serbiyada etirazlar zamanı ən azı 14 polis əməkdaşı yaralanıb, iğtişaşlarda iştirak edən 42 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib.
Onun sözlərinə görə, son aylarda razılaşdırılmamış aksiyaların iştirakçıları ilə toqquşmalarda 150 polis əməkdaşı yaralanıb.

“Təkcə ötən gecə 14 polis əməkdaşı yaralanıb”, - DİN rəhbəri qeyd edib.

Daçiç 42 nəfərin polis şöbələrinə aparıldığını bildirdi: “Prokurorluğun qiymətləndirməsindən asılı olaraq, inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Nazir əlavə edib ki, 18 polis avtomobilinə ziyan dəyib, etirazçılardan birindən tapança götürülüb.
Seçilən
0
8
sherg.az

9Mənbələr