Bakı. Trend:
Londonda yerləşən doqquzmərtəbəli keçmiş BBC binasında güclüyanğın baş verib.
Trend“Independent”ə istinadən xəbər verir ki, hadisə yerinə 15yanğınsöndürən maşın və təxminən 100 yanğınsöndürən cəlbolunub.
Yanğın binanın üst mərtəbələrini əhatə edib. Yanğınsöndürməəməliyyatı ilə yanaşı, London polisi yaxınlıqdakı binaları ehtiyattədbiri olaraq təxliyə edib. Evakuasiya olunan sakinlər üçünmüvəqqəti sığınacaq mərkəzi yaradılıb.
Hadisənin baş verdiyi Helios binası “White City” ərazisində,“Wood Lane” küçəsində yerləşir. Bu bina 2012-ci ilə qədər BBC-ninəsas qərargahı olub. Hazırda isə burada 162 mənzil, idman zalı və47 otaqlı otel fəaliyyət göstərir. “Wood Lane” küçəsi nəqliyyatüçün bağlanıb və sakinlərə bu ərazidən uzaq durmaları tövsiyəolunub.