Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Nazir iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğulayıb.
"Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik", - deyə qeyd edilib.
#Qətər-ə səfərimiz çərçivəsində bu ölkənin "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüş keçirdik. #İqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğuladıq. Şirkətlə #enerji sektorunda… pic.twitter.com/rwNV9YJiLb
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2025
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.