Ajans.az xəbər verir mki, bu barədə "Il Corriere dello Sport"a məlumat verib. 2025/2026 mövsümündə komandanı meydana Brayan Kristante kapitan kimi çıxaracaq. 30 yaşlı italiyalı yarımmüdafiəçi 2019-cu ilin iyulundan paytaxt təmsilçisinin şərəfini qoruyur. O, 2024/2025 mövsümündə meydana çıxdığı 38 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Qeyd edək ki, futbolçunun Roma komandası ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. B.Kristante "Roma"Nın heyətində ümumilikdə meydana çıxdığı 320 matçda 19 qola, 21 məhsuldar ötürməyə imza atıb.