AZ

Millimiz 9 medalla 3 cü oldu

ain.az bildirir, Idmanxeber.az portalına istinadən.

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.

İdmanxeber.az-ın məlumatına görə, yarışa yollanan doqquz idmançımızın hər biri medal qazanıb. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.

Nurlan Kərimli (-66 kq), Cəsur İbadlı (-90 kq), Könül Əliyeva (-48 kq) və Südabə Ağayeva (-70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (-60 kq), Mehdi Abbasov (-81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq) və Əli Qazıməmmədov (-100 kq) bürünc medallara yiyələniblər.

Qeyd edək ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
12
idmanxeber.az

10Mənbələr