AZ

Azərbaycan Qətərin şirkəti ilə enerji sektorunda əməkdaşlığı müzakirə edib

BAKI, 6 sentyabr. TELEQRAF

Azərbaycan Qətərin "Power International Holding" şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

Mikayıl Cabbarov Qətərə səfəri çərçivəsində "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüşüb.

Nazir qeyd edib ki, görüş çərçivəsində iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti vurğulanıb, şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirilib.

Seçilən
12
5
teleqraf.com

8Mənbələr