AZ

Eynşteynin ilk skripkası hərracda satılacaq

Nobel mükafatı laureatı, məşhur fizik Albert Eynşteynin ilk skripkası Böyük Britaniyada hərraca çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, bu, Eynşteynin İkinci Dünya müharibəsi zamanı gizlətdiyi ilk və sevimli skripkasıdır. Qeyd olunur ki, lot 300 min funt-sterlinqə satışa çıxarılacaq.

Sözügedən skripka alim tərəfindən nisbilik nəzəriyyəsini inkişaf etdirərkən yeniyetmə, daha sonra isə yetkinlik dövründə ifa edilib. Eynşteyn daha sonra nasistlərin təqibindən qurtulmaq üçün Almaniyadan ABŞ-a qaçmağı planlaşdırarkən və əmlakını itirmək istəmədiyi zaman aləti fizik yoldaşına verib.

Bildirilir ki, bundan başqa, alimin velosiped yəhəri və imzası olan “Dekart və Spinoza” kitabı da hərraca çıxarılacaq.

Seçilən
11
1
publika.az

5Mənbələr