ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Formula-1 yarışı ölkəmizin beynəlxalq imicinə böyük töhfə verir. Bu möhtəşəm tədbir Azərbaycanın mədəniyyətini və qonaqpərvərliyini dünyaya tanıdır.
Axar.az Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.
Formula-1-in Azərbaycana xeyirindən danışan A.Hüseynova qeyd edib ki, yarış günlərində minlərlə turist Bakıya gəlir ki, bu da hotel, restoran, nəqliyyat və digər xidmət sahələrində iqtisadi canlanma yaradır:
“Məsələn, ötən il bilet alan tamaşaçıların 77%-i xarici turist olub. Artan maraq səbəbi ilə bu il iki yeni tribuna əlavə edilib və beləliklə ümumi tribuna sayı 12-yə çatdırılıb. Onlardan 9-na biletlər artıq tam satılıb. Bununla yanaşı, könüllü proqramları vasitəsilə yüzlərlə gənc beynəlxalq təcrübə qazanır, bu da onların sosial və peşəkar inkişafı baxımından çox önəmlidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.