AZ

Beyləqanda silahlı insident zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib

Beyləqan, 6 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, insident zamanı odlu silahla xəsarət alan 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə xəsarət alanlardan biri əməliyyata alınıb, digərinə isə sol baldırın “çoxqəlpəli açıq yerdəyişən sınığı” diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
4
3
azertag.az

4Mənbələr