AZ

Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölənlər var - VİDEO, FOTO

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Mia.az xəbər verir ki, səhər saatlarında hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb. 

Hadisə ilə bağlı FHN məlumat yayıb.

Mia.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. 

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.



 

Seçilən
62
8
mia.az

9Mənbələr