AZ

SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzaladı

BAKI, 6 sentyabr. TELEQRAF

SOCAR və Qətərin "UCC" holdinqi arasında Anlaşma Memorandumu imzalandı.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov " X" sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, SOCAR və Qətərin "UCC" holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır. Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir.Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək.

Seçilən
38
20
teleqraf.com

10Mənbələr