AZ

Əsədin lüks maşınları satışa çıxarıldı

 Ajans.az Milli.az-a istinadən xəbər verir ki, Dəməşq Sitadelində keçirilən tədbirdə Prezident Əhməd əş-Şara Suriya İnkişaf Fondunu təqdim edib. Tədbirdə 61 milyon dollar həcmində vəsait vəd olunub. Yığım kampaniyasının diqqət mərkəzində isə devrilmiş lider Bəşər Əsədə məxsus dəbdəbəli avtomobillər olub. Onun kolleksiyasından 4 maşın, o cümlədən nadir “Ferrari F50” simvolik olaraq hərraca çıxarılıb.

Avtomobillərin satışından əldə edilən gəlirin müharibədən dağılan ölkənin yenidən qurulmasına sərf ediləcəyi bildirilib.

Seçilən
3
7
Ajans.az

8Mənbələr