AZ

Bakıda ağır yol qəzası: Bir ailənin bütün üzvləri xəsarət aldı

BAKI, 6 sentyabr. TELEQRAF

Bakı- Qazax şossesinin Qaradağ rayonu ərazisinə ağır yol qəzası baş verib.

Teleqraf” xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona üz tutubmuş.

Sürücü sükana nəzarəti itirdiyindən maşın yol ayrıcı dəmirə çırpılıb.

Qəza zamanı sürücü sərnişin qismində olan onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, sürücü və oğlunun vəziyyəti ağırdır.

Seçilən
10
1
teleqraf.com

4Mənbələr