AZ

Bərdədə MÜƏMMALI ÖLÜM:  20 yaşlı oğlanın meyiti meşədə tapıldı

Bərdədə 20 yaşlı oğlan müəmmalı şəkildə ölüb.

News24.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Əyricə kəndində qeydə alınıb. 

20 yaşlı Rəhimov İslam Ətiraf oğlunun meyiti meşəlik ərazidə sintetik iplə ağaca bağlanmış vəziyyətdə aşkar edilib. 

Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları və polis çıxıb. 

Hazırda ölümün baş vermə səbəbləri araşdırılır. 

Seçilən
168
2
news24.az

3Mənbələr