Bakı.Trend:
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi "Türk dünyasınınşəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin icrasınıyekunlaşdırıb.
Trend xəbər verir ki, bu barədə Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyi "Facebook" hesabında paylaşım edib.
Layihə çərçivəsində 2025-ci il sentyabrın 4-də Nizami KinoMərkəzində Azərbaycan Ordusunun həyata keçirdiyi
dövlət suverenliyinin tam bərpası əməliyyatının 2-ci ildönümünə,Vətən Müharibəsində qələbənin 5 illiyinə həsr olunan “HaqqınZəfəri” adlı tədbir keçirilib.
Tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaqxorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin vəTürkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türkdünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri SevincOrucova layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türkdünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüməhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflıdanışıb.
Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan TürkiyəRespublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin ŞəhidYaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələriüzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhidailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİVtəmsilçiləri iştirak ediblər.
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdindəŞəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit ÇağdaşAzərbaycandan olan şəhid ailələri ilə birgə layihələrinəhəmiyyətini qeyd edib.
Vətən müharibəsi şəhidi Famil Həsənovun və antiterrorəməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova,antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant ƏkrəmŞadmanovun həyat yoldaşı Gülşən Rəhimova, Türkiyə SilahlıQüvvələrinin şəhidi Eril Alperen Emirin anası Halide Serap Emirqəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyiolduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını vəAzərbaycanla Türkiyənin qardaşlıq bağlarının bu qəhrəmanlıqnümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.
Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva,Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov,həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyətgöstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinintabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor vəşəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupununifalarından ibarət bədii hissə ilə davam edib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyidir.