AZ

Şəfa Futbol Klubunun Yeni transferlər və Gələcək planlar başlıqlı təqdimat mərasimi baş tutub

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 5-ində "Şəfa" Futbol Klubunun "Yeni transferlər və Gələcək planlar" başlıqlı təqdimat mərasimi baş tutub. Tədbirdə başda "MyGroup Holding"in prezidenti Emil İsgəndərov və "Şəfa" FK-nın prezidenti Sərdar Salmanzadə olmaqla, digər əməkdaşlar, futbolçular, eyni zamanda "MyWrestling"in üzvləri və idmançıları iştirak ediblər. Tədbir iki hissədən ibarət olub və :MyGroup Holding"in şüarı ilə başlanılıb: “*Dövlətimizə və Vətənimizə sevgi, inancımızın bir hissəsidir*”.

Fanat.Az xəbər verir ki, tədbir Emil İsgəndərovun çıxışı ilə davam edib. Sonra isə ardıcıl olaraq prezident Sərdar Salmanzadə, məşqçilər çıxış ediblər. Hər biri "Şəfa"nın uğurlarına toxunaraq, daha yüksəklər üçün çalışmaq arzularını dilə gətiriblər. 

Tədbirdə "Şəfa"nın səfər və ev forması təqdim edilib. İlk forma isə Emil İsgəndərova hədiyyə edilib. Daha sonra tədbirə klubun yeni rəmzi olan maskot gəlib. 

Komandaya yeni cəlb olunan transferlərin təqdimatı ilə davam edib. Yeni oyunçuların adlarını qeyd edirik:

Azadov Pərviz

Əliyev Nahid

Həsənov Vüqar

İsmayılov Elvin

Kazımov Rəvan

Qarəhmədov Adilxan

Quliyev Nihad

Mürsəlov Hüseyn

Müstəbəzadə Əlirza

Nəsibov Aqil

Tomarov Xəyal

Yaqubzadə Raul

Rzayev İsmayıl

Rəhimov Seymur

Zülfüqarlı İsmayıl

İsmayılov Urfan

İbrahimzadə Əmir

Medianın sualları cavablandırılıb və ilk hissə yekunlaşıb. 

Tədbirin ikinci hissəsində isə "MyWrestling"in fəaliyyətinə və uğurlarına toxunulub. Baş məşqçi Rauf Xəlilovun çıxışından sonra "MyWrestling"in idmançıları "MyX" brendindən və "MyPerfume" mağazasından dəyərli hədiyyələrlə mükafatlandırılıb. Hər biri ilə xatirə şəkli çəkdirilib. 

Tədbir yenidən "MyGroup Holding"in şüarı səsləndirilərək yekunlaşdırılıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

3Mənbələr