AZ

Türkiyə basketbol millisi Avropa çempionatında 1/4 finalda

Türkiyə kişi basketbol yığması Avropa çempionatında uğurla çıxışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, “ay-ulduzlular” 1/8 finalda İsveç komandasını məğlub edərək, turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Qalib tərəfdə Alperen Şengün 24 xal və 16 ribaundla komandasına böyük töhfə verib. Cedi Osman 17, Ercan Osmani isə 14 xal və 9 ribaundla yadda qalıb. İsveç millisində isə Hakanson 16, Larsson və Qaddefors hərəyə 15 xal toplayıb.

Türkiyə yığması 1/4 finalda Polşa – Bosniya və Herseqovina qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Seçilən
8
90deqiqe.az

1Mənbələr