AZ

Londonda etiraz aksiyası iğtişaşla nəticələnib

ain.az bildirir, Azertag portalına istinadən.

London, 6 sentyabr, AZƏRTAC

Londonda, Parlament Meydanında “Palestine Action” təşkilatının qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyası gərgin anlara səbəb olub.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, keçirilən nümayişdə qarşıdurma zamanı zorakılıq halları qeydə alınıb, onlarla iştirakçı saxlanılıb. Şahidlərin sözlərinə görə, polis dəyənəklərdən istifadə edib və saxlanılan nümayişçilərdən biri qan içində qalıb. Təşkilatçılar iddia ediblər ki, aksiyada 1500-ə qədər insan iştirak edib.

Metropolitan Polisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həm fiziki, həm də şifahi hücuma məruz qalıblar. Əməliyyata London şəhər polisi də qoşulub. Bölgədə 8 polis avtomobili saxlanılanları aparmaq üçün hazır vəziyyətdə gözləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
8
azertag.az

9Mənbələr