AZ

Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Qətərə səfəriçərçivəsində keçirilmiş görüşlərdə bu ölkə ilə iqtisadiəməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə dairmüzakirələr aparılıb.

Trend xəbər verirki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyinümayəndə heyəti Qətərə səfər edib. Səfər çərçivəsində bir sıragörüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dairmüzakirələr aparılıb.

Azərbaycanın iqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri vəxarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim AlTaninin qəbulunda ölkələrimiz arasında dostluq və əməkdaşlıqmünasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçünyaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətininkişaf perspektivləri qeyd olunub.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd binƏbdülrəhman bin Casim Al Tani ölkəsinin Azərbaycanlamünasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinəəsaslandığını bildirib, iqtisadi sahədə işbirliyiningenişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimizarasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsiistiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin FaisalAl Tani ilə görüşdə diqqətə çatdırılıb ki, Qətərlə ticarətəlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritetməqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılmasıhər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdəölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqındaməlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı,infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritetistiqamətlərə investisiyaların artırılması imkanları nəzərdənkeçirilib.

Qətər Investisiya Qurumunun baş icraçı direktoru Məhəmməd SaifAl-Suveydi ilə görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətiningücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlısərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznessubyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsikimi məsələlər müzakirə olunub.

Qətərin “Power International Holding”in Direktorlar Şurasınınsədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlıfaydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib.Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi vəbirgə layihələrin icrası imkanları dəyərləndirilib.

Səfər çərçivəsində SOCAR-la Qətərin UCC holdinqi arasında enerjisektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşmamemorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və UCCholdinqinin prezidenti Ramez Al-Xayyat imzalayıblar. SOCAR vəQətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncüölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerjilayihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərinimzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorundatərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturununbərpası, regionun davamlı inkişafı baxımından əhəmiyyət kəsbedir.

Qətərlə
Qətərlə
Qətərlə
Qətərlə
Qətərlə
Qətərlə
Seçilən
6
6
az.trend.az

7Mənbələr