AZ

Makronla Modi Ukrayna ilə bağlı müzakirə aparıblar

Fransa Prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Makron "X" hesabında yazıb.

"Mən ona Zelenski və "Könüllülər Koalisiyası"ndan olan tərəfdaşlarımızla cümə axşamı Parisdə apardığımız işin nəticələrini təqdim etdim", - E.Makron qeyd edib.

Onun sözlərinə görə, Hindistan və Fransa Ukraynada ədalətli və davamlı sülh arzusunu bölüşürlər.

“Dostluğumuza və strateji tərəfdaşlığımıza əsaslanaraq, biz sülhün yolunu birgə açmağa davam edəcəyik”, – ölkə başçısı əlavə edib.
Seçilən
1
2
sherg.az

3Mənbələr