Ajans.az xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər;- 1992-ci il təvəllüdlü Niyaz Bayramov, 1989-cu il təvəllüdlü Sadıq Sadıqov və daha bir nəfər (kimliyi dəqiqləşdirilir-red) müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.\ report.az