AZ

Almaniyada Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Berlin, 6 sentyabr, AZƏRTAC

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, həvəskar arxeoloq tərəfindən aşkarlanan dişin uzunluğu 30 santimetr, çəkisi 4 kiloqramdır.

Bonn şəhərindəki Torpaq Abidələrinin Qorunması İdarəsinin arxeoloqu Filip Şulte bildirib ki, dişin qorunma vəziyyəti qeyri-adi dərəcədə yaxşıdır və üzərindəki cızıqlar tipik xüsusiyyətlərdir. Dişin uzun müddət suda saxlanılması tələb olunur. Tapıntının deqradasiyasının qarşısının alınması üçün Rur muzeyində müvafiq işlər görülür.

Dişi tapan 44 yaşlı həvəskar arxeoloq illərdir Reyn çayının sahilində qədim əşyalar axtardığını, Roma və Kelt dövrlərinə aid bir sıra tapıntılar aşkarladığını bildirib. Onun kolleksiyasına sikkələr, saatlar və hələ partlamamış bombalar da daxildir.

Qeyd edək ki, 2012-ci ildə Düsseldorfda və Qelsenkirxen şəhərlərində inşaat işləri zamanı mamont dişləri aşkarlanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
azertag.az

3Mənbələr