AZ

Polis 45 yaşlı Camal Məmmədovu axtarır:

Qazaxda 45 yaşlı kişi itkin düşüb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Senzor.az-a verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü  Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb.

 

İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən əynində ağ köynək, qara şalvar, ayağında qara ayaqqabı olub.

 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
2
22
senzor.az

10Mənbələr