“Barselona”nın hücumçusu Rafinya Paris Disneylandın əməkdaşlarını irqçilikdə ittiham edib.
90deqiqe.Az-ın məlumatına görə, Braziliya millisinin üzvü iddia edir ki, parkdakı animatordan biri kostyumda olduğu halda onun oğlu ilə ünsiyyət qurmaqdan imtina edib.
“Əməkdaşlarınız utancdır. İnsanlara, xüsusilə də uşaqlara belə davranmaq olmaz. Onlar uşaqları sevindirməli, təhqir etməməlidir. Mən bunu təhqir adlandırıram. Onlar utancdır.
Başa düşürəm ki, burada işləyənlər yorulub, amma niyə bütün ağ dərili uşaqları qucaqladılar, amma mənim oğlumu yox? Mən Paris Disneylanda nifrət edirəm. Oğlum sadəcə salamlaşmaq və qucaqlaşmaq istəyirdi. Xoşbəxtlikdən, o, bunu başa düşmür. Paris Disneyland, bu əməkdaş – pisdir, ağılsızdır”, – deyə Rafinya sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.