AZ

Əfqanıstanda zəlzələdən sağ çıxanların axtarışı başa çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstan hökuməti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıldığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.
"Zəlzələdən sağ çıxanların axtarışları başa çatıb. Ölənlərin sayı 2 204 nəfərə çatıb, 4 000-ə yaxın insan isə yaralanıb", - qubernator vurğulayıb.
O əlavə edib ki, zəlzələdən zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı müşahidə olunub.
Xatırladaq ki, sentyabrın 1-nə gecə Əfqanıstanın şərq və mərkəzi vilayətlərində 6.0 maqnitudalı zəlzələ baş verib. Ardınca 4.3-6.2 maqnitudalı beş afterşok qeydə alınıb. Sentyabrın 4-də isə Cəlalabad şəhəri yaxınlığında 4.7 maqnitudalı təkan hiss olunub.
Seçilən
13
5
oxu.az

10Mənbələr