AZ

“Red Bull” pilot seçimini tələsik etməyəcək

“Red Bull” komandasının rəhbəri Loran Mekis açıqlamasında bildirib ki, komanda Yuki Tsunodunu mövsüm-2025 ərzində dəyişdirməyi düşünmür.

90deqiqe.Az-ın məlumatına görə, Mekis bu barədə "Motorsport"a açıqlamasında danışıb.

“Biz açıq və şəffaf şəkildə bildirmişik ki, pilot seçimi üçün vaxtımız var. Gələn il üçün bir çox ssenarini işləyə biləcək qədər pilotumuz var və qərarları tələsik qəbul etmək üçün real səbəblərimiz yoxdur.

Xeyr, mövsüm ərzində heç nəyi dəyişdirməyi planlaşdırmırıq. Yuki son üç yarışda yaxşı irəliləyiş göstərdi. Hamımız daha çoxunu istəyirik, amma o yaxşı nəticələr verir. Zandvortda yeddi yarışdan sonra ilk dəfə xal qazandı. Budapeştdə Maksa kifayət qədər yaxın oldu və Spa-da komandası ilə ən yaxşı təsnifat nəticəsini göstərdi. Beləliklə, onun irəliləyiş tempi müsbətdir.

Əlbəttə, Hacarın “Racing Bulls”la performansını izləmək də çox xoşdur. Onun son yarışdakı çıxışı mövsüm ərzində qazandığı irəliləyişin fantastik nümunəsidir. Amma biz pilot seçimi prosesinə sakit yanaşırıq. Pilot seçimi üçün bir neçə həftə və ya ay vaxtımız ola bilər. Təbii ki, bu, qərarı son yarışa qədər təxirə salmaq demək deyil, çünki bilirik ki, bu, müəyyən şəkildə pilotlara təsir edə bilər. Lakin hazırda vaxtımızın olduğunu hiss edirik”

Seçilən
8
90deqiqe.az

1Mənbələr