AZ

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, BMW markalı avtomobil yolu keçən naməlum piyadanı (kişi-red) vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
4
ikisahil.az

4Mənbələr