AZ

Bu ölkədə çinli işçiləri oğurladılar

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Nigeriyanın Edo əyalətində silahlı şəxslər ərazidə fəaliyyət göstərən şirkətdə 8 təhlükəsizlik işçisini öldürüb, çinli işçiləri də oğurlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, hücum zamanı Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun 8 əməkdaşı öldürülüb, 4-ü ağır yaralanıb.

Girov götürülən 4 çinli işçi xilas edilsə də, 1-i hələ də itkindir.

Qeyd edək ki, ölkədə uzun müddətdir tez-tez silahlı hücumlar və fidyə məqsədli adam oğurluqları baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
axar.az

10Mənbələr