AZ

Havayda “Kiko” qasırğasına görə fövqəladə vəziyyət elan edilib

ABŞ-nin Havay ştatında yaxınlaşan dördüncü kateqoriyalı “Kiko” qasırğası səbəbindən fövqəladə vəziyyət elan olunub.

Ştat qubernatorluğunun bəyanatına əsasən, güclü küləklər, leysan yağışlar və hündür dalğalar sentyabrın 8-də Havayın bəzi bölgələrinə təsir göstərə bilər.

Fövqəladə vəziyyət sentyabrın 19-dək qüvvədə olacaq.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Kiko” hazırda Havay adalarından təxminən 1600 km məsafədə yerləşir, qasırğa zonasındakı küləyin maksimal sürəti isə 63 m/s-ə çatır.

Seçilən
3
3
anews.az

4Mənbələr