Vaşinqtonda minlərlə etirazçı yürüş keçirərək ABŞ Prezidenti Donald Trampdan Milli Qvardiya qoşunlarının paytaxt küçələrində patrul fəaliyyətini dayandırmasını tələb edib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, minlərlə vətəndaş əllərində müxtəlif plakatlar tutaraq Trampın qərarını pisləyiblər.
Qeyd edək ki, Tramp bir müddət öncə cinayətlərin şəhərdə təhlükə yaratdığını bildirib və ictimai təhlükəsizliyi bərpa etmək üçün Vaşinqtona qoşun yerləşdirib.