AZ

Oğuzdakı qəzada ölən və yaralananların kimliyi BİLİNDİ

Oğuz rayonunda baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.

Qəza zamanı həyatını itirən qadın Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova olub.

Yaralanan şəxs isə Ağdam rayon sakini, 33 yaşlı Aygün Quliyevadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzayla bağlı araşdırma davam etdirilir.


***

Oğuzda baş verən ağır yol qəzası insan ölümü ilə nəticələnib.

Redaktor.az
APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Nissan” markalı minik avtomobili aşıb. Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
26
5
redaktor.az

7Mənbələr