Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çoxmillətli qüvvələrin qərargahının formalaşmasına başlanılıb.
Senzor.az Ukrayna teleqram kanallarına istinadən bildirir ki, bu, Rusiya ilə atəşkəs olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq.
Qərargaha rəhbərliyi Böyük Britaniya və Fransa birgə həyata keçirəcəklər.
Məlumata görə, qərargahın komandanlığı əvvəlcə Parisdə yerləşəcək, daha sonra isə Londona köçürülməsi planlaşdırılır.