AZ

Səkkiz OPEC+ ölkəsi yeni plan üçün toplanır

BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz OPEC+ ölkəsi bu gün onlayn iclasda oktyabr ayı üçün neft hasilatı planı ilə bağlı qərar verəcək.

Teleqraf xəbər verir ki, 2024-cü ilin əvvəlindən səkkiz OPEC+ ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) könüllü olaraq neft hasilatını ümumilikdə sutkada 2,2 milyon barel azaldıb.

2025-ci ilin aprelindən isə bu ölkələr azaldılmış həcmi tədricən artırmağa başlayıblar. Apreldə hasilat artımı 138 min barel, may-iyul aylarında hər ay üçün 411 min barel, avqustda 548 min barel, sentyabrda isə 547 min barel təşkil edib. Beləliklə, OPEC+ “səkkizliyi” 2,2 milyon barellik könüllü azalmalardan tamamilə kənara çıxıb.

"Bloomberg" mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı bazar payını bərpa etmək üçün OPEC+ üzvlərinin neft hasilatını sürətlə artırılmsına çalışır.

Seçilən
76
teleqraf.com

1Mənbələr