AZ

HƏMAS Trampın sözlərini TƏKZİB ETDİ

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli ilə bağlı Vaşinqtonla danışıqlar aparmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan üzvü “Əl Ərəbiyyə” telekanalına ABŞ Prezidenti Donald Trampın hərəkatla danışıqların aparılması barədə açıqlamasını şərh edərkən deyib.

"Vaşinqtonla birbaşa və ya dolayı danışıqlar barədə məlumat doğru deyil", - HƏMAS-dakı mənbə bildirib.

Bundan əlavə, mənbə qeyd edib ki, hərəkat Qəzza zolağında daimi atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və humanitar yardımın göstərilməsinə imkan verəcək istənilən təkliflərə hazırdır.

Seçilən
4
4
bakivaxti.az

5Mənbələr