AZ

İnfarkt ən çox bu saatlarda baş verir

Gecə saatları infarkt üçün ən təhlükəli vaxtlardır.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin kardioloqu Dr. Nermina Alagiçin söyləyib.

O bildirib ki, xüsusilə 03:00-07:00 arası ürək-damar problemləri riski artır. Bunun əsas səbəbi insanın biyoloji saatı, yəni sirkadiyen ritmdir.
 

Kardiyoloq bildirir ki, gecə saatlarında kortizol və adrenalin hormonlarının artması qan təzyiqini və laxtalanmanı yüksəldir. Bu isə damar tıxanıqlığı olan şəxslərdə infarkta səbəb olur. Xüsusilə gecə növbəsində işləyənlər, tez-tez səyahət edənlər və yuxu rejimi pozulmuş insanlar daha yüksək risk altındadır.


Ürək sağlamlığını qorumaq üçün mütəxəssislər normal yuxu rejimi, yatmazdan əvvəl ağır yemək, alkoqol və kofeindən uzaq durmaq, intensiv məşqləri yatmazdan əvvəl etməmək, stresin azaldılması üçün meditasiya və nəfəs məşqləri tövsiyə edir. (Milli.az)

Bizim.Media

Seçilən
15
4
bizim.media

10Mənbələr