Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə "Əl-Cəzirə" telekanalına bildirib.
"Zəlzələdə sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2 204 nəfərə çatıb, 4 000-ə yaxın insan isə yaralanıb", - o bildirib.