AZ

Venesiya Film Festivalının qalibləri bəlli olub

82-ci Venesiya Film Festivalının qalibi bəlli olub. Hollivud rejissoru Cim Carmuşun çəkdiyi "Ata, Ana, Bacı, Qardaş" filmi festivalın əsas mükafatı - "Qızıl şir"ə layiq görülüb.

Day.Az "Variety"yə istinadən xəbər verir ki:

Dueyn Consonun rol aldığı "Crash Machine" idman filmi "Gümüş şir"lə mükafatlandırılıb.

Festivalın Qran-pri mükafatını tunisli rejissor Kauter Ben Haniya "The Voice of Hind Rajab" filmi ilə qazanıb.

"Üfüqlər" proqramında isə qaliblər belədir:

Ən yaxşı film - Devid Pablosun "En el camino" (Yolda) filmi,

Ən yaxşı rejissor - "Songs of Forgotten Trees" filminə görə Anuparna Roy,

Ən yaxşı aktyor - Cakomo Kovi,

Ən yaxşı aktrisa - Benedetta Porkaroli.

Ümumilikdə, festivalın əsas müsabiqəsində 21 film yarışıb.

Seçilən
1
7
day.az

9Mənbələr