AZ

Sürücüləri sınağa çəkən gözəgörünməzlər : Paytaxt yollarında təhlükə artdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın bəzi ərazilərində yol nişanlarının sürücülər tərəfindən görünməsi çətinlik yaradır.

Buna səbəb ağacların budaqlarının yol nişanlarının qarşısını örtməsidir. Digər bir səbəb isə yol nişanlarının vətəndaşlar tərəfindən zədələnməsi və görünməz hala gətirilməsidir.

Sürücülər bildirirlər ki, bu hallar onların hərəkətinə problem yaradır və nişanların görülə bilməməsi təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, ağacların yol nişanlarının qarşısını kəsdiyi hallar mütəmadi olaraq aşkarlanır və həmin ünvandakı ağaclar kəsilir.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
10
avtosfer.az

10Mənbələr