AZ

“Azərbaycan millisi antifutbol oynadı, topu yalnız irəli vururdular”

İslandiya millisinin üzvü İsak Yohannesson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan üzərindəki 5:0 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, oyunda dubl edən futbolçu 433.is saytına açıqlamasında bunları deyib:

“Çox xoşbəxtəm. Çox danışırdıq, amma indi göstərdik ki, nə qədər güclüyük. İslandiya millisinin formasını geyinən hər kəs əla oynadı. Təəssüf ki, het-trik edə bilmədim, topu küncə göndərə bilmədim. Millidə qol vurmaq və bunu qeyd etmək izaholunmaz hissdir. Azərbaycanlılar antifutbol sərgiləyirdilər – tez-tez yerdə qalır, topu ancaq irəli vururdular. Biz isə səbr etdik və ikinci hissədə boşluqları taparaq qalib gəldik”.

Seçilən
16
idmanxeber.az

1Mənbələr