AZ

Eynşteynin skripkası hərraca çıxarılacaq

Böyük Britaniyada alim Albert Eynşteynə (1879-1955) məxsus skripka hərraca çıxarılacaq. Təxmini qiyməti 200-300 min funt-sterlinq (təxminən 270-405 min dollar) arasında qiymətləndirilir.

Bu barədə oktyabrın 8-də hərrac keçirəcək İngiltərənin Dominic Winter hərrac evi məlumat yayıb.

Məlumata görə, gələcək Nobel mükafatı laureatı və nisbilik nəzəriyyəsinin müəllifi skripkanı 1890-cı illərin ortalarında, Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə getməzdən əvvəl Almaniyada əldə edib. 1930-cu illərdə nasistlər hakimiyyətə gələndə Eynşteyn ABŞ-a mühacirət edir və əşyalarını fizik yoldaşı Maks fon Lauya verərək qorunmasını təmin edir. Bu əşyalar arasında skripka, atasının hədiyyəsi olan velosiped və fəlsəfə kitabı da olub.

Eynşteyn uşaq yaşlarında anası Paulinanın təşəbbüsü ilə skripka çalmağa başlayıb və bu həvəsi ömrü boyunca davam edib. O, tez-tez dostları üçün Motsart, Bax və Bethovenin əsərlərini ifa edib.

AzPost.az

Seçilən
2
1
azpost.info

10Mənbələr