AZ

Türkiyə və Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gələcək

BAKI, 7 sentyabr. TELEQRAF

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım atılır.

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndə heyətləri ilk dəfə olaraq birbaşa görüş keçirmək üçün bir araya gəlməyi planlaşdırır.

Görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyədən səfir Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd-keçid mənətəqsindən keçərək Ermənistana səfər edəcək. Heyətlər arasındakı görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əvvəllər qəbul edilmiş qərarların həyata keçirilməsi və yeni addımların atılması müzakirə olunacaq.

Daha əvvəl keçirilən beş ayrı görüşdə yük daşımaları üçün aviareyslərin başlanması, sərhədlərin açılması üçün texniki infrastruktur işlərinin aparılması kimi qərarlar qəbul edilmişdi. Bundan əlavə, diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi və üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidinin təmin edilməsi barədə razılıq əldə olunsa da, bu qərarlar hələlik tətbiq olunmayıb.

Səfərin ABŞ, Ermənistan və Azərbaycan arasında Zəngəzur Dəhlizi ilə bağlı razılaşmanın imzalanmasından dərhal sonra baş tutması xüsusi əhəmiyyət kəsb edir.

Seçilən
10
8
teleqraf.com

10Mənbələr